Azad olunmuş ərazilərdə Azərbaycan Ordusu bölmələrinin şəxsi heyətinin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlər davam etdirilir.

Müdafiə Nazirliyindən Unikal.org-a verilən məlumata görə, həmin bölgələrdə, eləcə də yüksək dağlıq ərazilərdəki mövqelərdə yerləşən bölmələrdə günün nizam qaydalarına uyğun xidmət aparılır və döyüş növbətçiliyi təşkil olunur.