Rüşvət və korrupsiya ittihamı ilə Dövlət Təhlükəsiliyi Xidməti (DTX) tərəfindən həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyevin oğlu yenidən prokurorluq orqanlarında fəaliyyətə başlayıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, Baş prokurorun əmri ilə, Ramal Nizaməddin oğlu Quliyev prokurorluq orqanların müstəntiq təyin olunub.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Ağstafa Rayon İcra Hakimiyyətinin binasında əməliyyat keçirib və N.Quliyev həbs edilib. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Ramal Quliyev atası həbs olunduqdan sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı vəzifəsindən azad olunub.
Elvin Rüstəmov