Ölkə üzrə bütün təhsil müəssisələrində ənənəvi tədris prosesinin bərpası ilə bağlı müvafiq qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir.
Unikal.org xəbər verir ki, bu barərə Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, hazırda ənənəvi tədrisin bərpası ilə bağlı hər hansı bir qərar yoxdur: "Qərar olduğu halda Təhsil Nazirliyinin rəsmi internet resurslarında məlumat yerləşdiriləcək".
Məlumat üçün bildirək ki, hazırda pandemiya səbəbindən dərslər distant formada həyata keçirilir.