UNEC-də magistratura təhsili üzrə rəqabətqabiliyyətliliyinin daha da yüksəldilməsi məqsədilə UNEC Biznes Məktəbi (MBA), Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi və Magistratura Mərkəzinin direktorları ilə görüşlər keçirilib.
Unikal.org xəbər verir ki, UNEC-in rektoru, professor Ədalət Muradovun rəhbərliyi ilə keçirilən görüşlərdə fakültə rəhbərləri magistratura pilləsində tədrisin təşkili, yeni ixtisasların yaradılması, eləcə də ixtisasların akkreditasiyası, ikili diplomların sayının artırılması, elmi tədqiqatların keyfiyyətinin daha da yüksəldilməsi, laboratoriyaların yaradılması, xarici professorların tədrisə cəlb edilməsi, magistrantların payının universitetdə artırılması istiqamətində təkliflərlə çıxış ediblər. Çıxışlarda magistratura təhsilinin MBA proqramı, İqtisadiyyat və idarəetmə ixtisasları, Texniki və texnoloji ixtisasları üzrə gələcək inkişaf strategiyaları açıqlanıb, bu istiqamətdə həyata keçiriləcək tədbirlər planı barədə ətraflı məlumat verilib.