Prezident İlham Əliyev işğaldan azad olunmuş Şuşa şəhərinin mərkəzində Azərbaycan bayrağını qaldırıb.
Unikal.org xəbər verir ki, bu, dövlət başçısının işğaldan azad olunan ərazilərə səfəri zamanı gerçəkləşib.
Prezident əvvəlcə diz çökərək bayrağı öpüb. Daha sonra isə Azərbaycan bayrağını dirəkdə yüksəldib.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar.