Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

Unikal.org xəbər verir ki, videogörüntülərdə sükan arxasında oturan dövlət başçısı deyir:

“Xocalı rayonun Sığnaq kəndi. Burada da Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyə şirkətinin Kolin şirkətinin bayrağı asılıb”.