Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Moskvadakı səfirliyinin Rusiyada keçirilən aksiyalarla bağlı verdiyi bəyanata münasibət bildirib.
Unikal.org-un məlumatına görə, nazirlik bildirib ki, ABŞ daxili problemləri ilə məşğul olmalı və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırmalıdır:
“ABŞ səfirliyi 6 yanvarda Vaşinqtonda təşkil olunan nümayişlərə və Kapitoliyə basqın cəhdlərinə heç bir şəkildə reaksiya verməyib, həmçinin baş verən qətl və həbsləri qınamayıb.
İkiüzlülük - koronavirus epidemiyası dövründə xüsusilə təhlükəli hala gələn Amerika diplomatiyasının vasitəsidir. Öz problemlərinizlə məşğul olun və digər dövlətlərin daxili işlərinə müdaxiləni dayandırın”.