Məhkəmə Navalnının həbsi qərarını qüvvədə saxlayıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, bu gün həbs edilmiş rusiyalı müxalifətçi Aleksey Navalnının videokonfrans formatında məhkəmədə şikayətlərinə baxılıb.

Məhkəmə siyasətçinin şikayətini təmin etməyib və həbs qərarını qüvvədə saxlayıb.

*****

15:19

Rusiyalı müxalifətçi, həbsdə olan siyasətçi Aleksey Navalnı məhkəməyə videokonfrans yolu ilə qoşulub.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Navalnı saxlanıldığı "Matros tənhalığı" kamerasından 30 günlük həbsi ilə bağlı şikayətlərə baxılacaq məhkəməyə onlayn formatda qoşulub.

Bu barədə Moskva Regional Məhkəməsindən məlumat verilib. Hazırda məhkəmə prosesi davam edir.