Ölkədə karantin rejimi tətbiq ediləndən bu yana fəaliyyətlərinə qadağa qoyulan məkanlardan biri də şadlıq saraylarıdır.

Unikal.org  xəbər verir ki, ötən il martın 15-dən qüvvəyə minən qadağa hələ də davam edir.

Həmin vaxtlar bu addım anlaşılan idi. Çünki koronavirusa yoluxanların sayı günü-gündən çoxalırdı və yayılma dinamikası həmin məkanlarda çox idi.

Son günlər isə yoluxma sayında müşahidə olunan azalma toylara qoyulan qadağanın ləğv edilməsini yenidən gündəmə gətirib.

Ekspert və sahibkarlar "ARB24"ə mövcud durumla bağlı açıqlama verib.