Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə Bakıda və Abşeron yarımadasında yanvarın 30-u arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Unikal.org xəbər verir ki, yanvarın 31-də cənub-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. 

Azərbaycanın rayonlarında yanvarın 30-da ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Yanvarın 31-də qərb küləyi əsəcək, bəzi yerlərdə 20-25 m/s-dək güclənəcək.