“2000 yaşı olan və ermənilərin məhv etdiyi Çinar ağacının bərpası necə olacaq?! Təbii ki, əkdiyimiz ağacların də sonrakı müddətdə 2000 yaşı olacaq. Ağacları kəsilməsi bir yana, kötükləri də yandırıb məhv edirdilər. Bax, bu başa düşülən deyil”.

Unikal.org xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

O qeyd edib ki, erməni vəhşiliyinə beynəlxalq təşkilatların münasibəti anlaşılan deyil: “Ümumilikdə işğaldan azad edilən ərazilərdə qiymətləndirilmə işləri mütəmadi aparılmalı və monitorinqlər davam etdirilməlidir”.