“İşğaldan azad edilən ərazilərdə termal mineral sular 10 yataq üzrə mövcud olub”.

Unikal.org xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev işğaldan azad olunmuş ərazilərdəki ekoloji durum, görülən və görüləcək işlərlə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, erməni vandallar həmin ərazilərdə istehsal sənaye və kurort şəbəkəsini məhv edib: “Tutqun çayı ərazisində termal suların mövcud quyular şəbəkəsi dağıdılıb”.