İranda ötən sutka ərzində 82 nəfər koronavirusdan (COVID 19) ölüb.

Unikal.org xəbər verir ki, bununla da İranda bu virusdan ölənlərin sayı 57 889 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 6 317 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 411 731 nəfərə çatıb. Virus daşıyıcılarından 3 964 nəfərin vəziyyəti ağır qiymətləndirilir.