“Şənbə günləri ictimai nəqliyyatın işləməməsi və məktəblərdə tədrisin olması ilə də bağlı araşdırma aparmışıq”.

Unikal.org xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda sualları cavablandırarkən deyib.

O bildirib ki, dərsləri 5 günə yerləşdirməyə çalışırlar: “Mümkün qədər 6-cı günlərin dərs olmamasına çalışırıq. Məktəblilərlə bağlı o qədər böyük problemimiz olmur, çünki onların əksəriyyəti dərsə ictimai nəqliyyatdan istifadə edərək gəlmir. Müxtəlif məktəblərdə bu rəqəm 80 faiz civarında dəyişir, bəzisində daha çoxdur. Müəllimlərlə bağlı məsələ ciddi kimi gəlir. Xahişim odur ki, məktəb direktorları ilə müəllimlər bu məsələni tənzimləsinlər. Hansı müəllimlər ki, ictimai nəqliyyatdan istifadə etmir, məktəbə yaxın ərazidə yaşayır  nəzərə alınsın. Şənbə günü fəaliyyət göstərən məktəblərimizin sayı həddən artıq azdır”.