Artıq bir neçə gündür ki, Bakıda minə yaxın taksi sürücüsü "Maksim (2111) və "Omeqa” (0404) çağrı mərkəzlərini boykot edir.

Unikal.org xəbər verir ki, sürücülər bu şirkətlərdə qiymətlərin həddən artıq ucuz olması və təklif olunan şərtlərin onları qane etmədiyini bildirirlər. Boykotçu sürücülər bu şirkətlərdən sifarişləri qəbul etmir, öz sıralarını getdikcə genişləndirmək üçün səy göstərirlər.

Sürücülər arasında təşkilatlanma işinə start verilib. Artıq "Telegram" sosial şəbəkəsində "Boykot” kanalı yaradılıb və bir neçə gün ərzində 943 sürücü bu kanala abunə olub.

Həmçinin Taksi Sürücülərinin İctimai Birliyi təsis edilib və qurumun "Facebook" səhifəsi yaradılıb. 

Aksiyanın elan edilən məqsədi sürücülərin hüquqlarını pozan və insan əməyi üzərində minimum qiymət rəqabətinə girən çağrı mərkəzlərini və şirkətləri boykot etməkdir.