Qarabağda daha bir erməni hərbçisinin meyiti tapılıb.

Unikal.org erməni KİV-lərinə istinadən xəbər verir ki, müharibə vaxtı ölmüş hərbçinin cəsədi Zəngəzur bölgəsində aşkar edilib.

Onun şəxsiyyətini təyin etmək üçün məhkəmə ekspertizası təyin olunub.

Ümumilikdə isə ötən ilin noyabr ayından indiyədək 1345 erməni hərbçisinin cəsədi döyüş bölgəsindən götürülüb.