Kürdəmirdə şəhid kapitan Ramil Taqət oğlu Babayev dəfn olunub.

Unikal.org xəbər verir ki, şəhid Ramil Babayev  vətən müharibəsində ilk gündən kəşfiyyatçı kimi quru qoşunlarda döyüşə qatılıb. Ramil sentyabrın 29-da Murov dağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq itkin düşüb. Bu gün isə onun cənazəsi ailəsinə təhvil verilərək rayonun şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin komandirləri və döyüş yoldaşları iştirak ediblər. Şəhidin komandiri üç rəngli dövlət bayrağımızı şəhidin atası Taqət Babayevə təqdim etdilər.