Yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclasında Səhiyyə Nazirliyinin müraciəti əsasında dərman vasitələrinin ekspertiza taariflərinə baxılıb.

Unikal.org xəbər verir ki, bu barədə Tarif Şurasının katibi Ceyhun Nəcəfov bildirib. Onun sözlərinə görə, daha 50 dərman vasitəsinin tarifi təsdiqlənib.

Bununla da Tarif Şurası tərəfindən qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədəd olub. Qərar fevralın 1-dən qüvvəyə minəcək.