Belçikalı alimlərdən ibarət tədqiqat qrupu, K vitamininin koronavirus üçün çox əhəmiyyətli olduğunu və çatışmadığı təqdirdə müxtəlif fəsadlara hətta, ani ölümə belə səbəb ola biləcəyini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, alimlərin sözlərinə görə, elastik lifləri məhv olmaqdan qoruyan MGP zülalının fəaliyyətindən məsul olan K vitamini,  çatışmadığı halda, koronavirus xəstəsinin ağciyərində ciddi problemə hətta zəzdələnməyə belə gətirib çıxara bilir.

Rusiyalı alimlər də, Covid-19 xəstələri üçün K vitaminin vacib olduğunu irəli sürərək, orqanizmin K vitamini balanasını bərpa etmək üçün mütləq yaşıl tərəvəzlərlə qidalanmağı tövsiyyə edirlər.