“Azərbaycan  və Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması olduqca vacib və əlamətdar bir hadisədir. Çünki hazırki  tarixi inkişaf mərhələsində gücdən danışarkən biz həm də yumşaq güc kimi xarakterizə etiyimiz informasiya gücündən danışırıq. Media isə bizim informasiya məkanımızın keyfiyyətinin, trendini təyin edən vasitədir və əslində elə həm də milli gücümüzün tərkib hissəsi kimi çıxış edir”.

Unikal.org xəbər verir ki, bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu parlamentin bu gün keçirilən yaz sessiyasının ilk iclasında “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə  Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deyib.

Hikmət Babaoğlu bildirib ki, şanlı Vətən müharibəsi  zamanı da gördük ki, informasiya nə qədər güclü silahdır və Azərbaycan Prezidenti bu silahdan da düşmənin informasiya müharibəsinə qarşı necə məharətlə istifadə etdi. Ona görə də qardaş Türkiyənin mediası ilə ortaq əməkdaşlıq və koordinasiya edilmiş fəaliyyət bizim qlobal informasiya məkanında gücümüzü daha da atıracaq və ortaq media platforması yaradacaqdır . İmzalanan memorandumda bütün bu məsələlər öz əksini tapmaqla  bir məsələ ayrıca vurğulanır.

Millət vəkilinin fikrincə, bu, əslində imzalanan memorandumda irəli sürülən məqsədlərlə bir qədər uyğun gəlmir: “Onda belə çıxır ki, hər gün televiziya efirində ekspert, şərhçi qismində çıxış edən Türkiyəli mütəxəssislərin də fikirlərini tərcümə edib efirə verməliyiki? Bu, doğru deyil. Böyük Mirzə Əlkəbər hələ öz dövründə buna etiraz edərək,  “türkcədən türkcəyə tərcümə də nə demək”, deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz soyumur, qardaş Türkiyə Cümhuriyyətinin adını  Türkiyə Respublikası kimi tələffüz edirik. Bu, əsla yol verilməzdir. Bu ölkəni quran böyük Mustafa Kamal Atatürk onun adını Türkiyə Cümhuriyyəti qoyub. Adlarsa tərcümə edilmir! O başqa məsələdir ki, ərəb sözü olan cəmahiriyyə və ingilis sözü olan repablik eyni mənanı verir.Yaxud  “Zeytun edalı” əməliyyatını  “Zeytun budağı”, “Barış Pınarı” əməliyyatını “Sülh bulağı” kimi yanlış tərcümələr edirik. Bunlar dil və dilçilik baxımından da təsdiq edəcəyimiz sənədin strateji məqsədləri baxımından da doğru deyil. Ona görə də fikrimcə, televiziyalarımız türk flimlərini tərcümə edərək efirə verməməlidirlər. Tam əksinə,  Türkiyə televiziyaları ilə birlikdə Vətən müharibəsindən bəhs edən flimlər, dizilər çəkməlidirlər”.