Ermənilər Füzuli rayonun işğal altında olmuş Aşağı Seyidəhmədli kəndində Ermənistan istehsalı olan Piyada Əleyhinə minalarından istifadə edərək sistemsiz mina sahələrinə bir çox üçlü və dördlü minalar basdırıb.

Unikal.org xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) məlumat yayıb.