121 saylı Laçın seçki dairəsinin deputatı Mahir Abbaszadə Laçın rayonunun Mişni kəndindən olan şəhid Həsənov Tural Rauf oğlunun ailəsi ilə görüşüb.

Unikal.org xəbər verir ki, şəhid Tural Həsənovun döyüş yoldaşları onun ailəsinə necə qəhrəman və qorxmaz olduğundan danışıblar. Valideynləri belə bir övlad böyütdükləri üçün qürur hissi keçirtdiyini, oğulları ilə fəxr etdiklərini bildiriblər.  Qeyd olunub ki,  şəhidlərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda ediblər. Millət vəkili Mahir Abbaszadə xalqın şəhidləri heç vaxt sizi unutmayacağını deyib və Allahdan onlara rəhmət diləyib.
Qedy edək ki, Tural Həsənov Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Füzuli, Cəbrayıl və Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.