“Kimin ağlına gələrdi ki, Rasim Məmmədov həbs ediləcək? Onun oradan qovub çıxartdığı Zülfüqarov qardaşları mənim yanımda olublar”.

Bu fikirləri Unikal.org-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov səsləndirib.
O bildirib ki, bu cür məsələlərlə bağlı aidiyyatı qurumları məlumatlandırıb: “Mən bir neçə dəfə Rasim Məmmədovla bağlı müraciət etmişəm. İqtisadiyyat naziri Mikayıl Cabbarov müsbət reaksiya verib bu məsələyə, araşdırıb və s. Yəni, bu insanlar qudurğan insanlardır. Onlar hamısı cavab verməlidirlər. Həm də onlar tək deyillər axı, onun arxası olmasa bunlara necə cürət edə bilərlər? Ona görə onun arxası da cavab verməlidir. Gör, nələr üzə çıxır. Mən il yarım öncə demişdim ki, çox ciddi korrupsiya hadisələri var. Mən hesab edirəm ki, proses gedir və bu prosesi daha da sürətləndirmək lazımdır. Həbslər məsələsi elədir ki, onu Cənab Prezident özü həll edəcək. O çox humanist adamdır. Görünür ki, arxada müəyyən proseslər gedir. Korrupsiyaya qarşı mübarizəni mən millət vəkili olaraq həmişə dəstəkləmişəm".

Murad İbrahimli