Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların Vətən müharibəsində şəhid olan əsgəri Vəliyev Fərid Güloğlan oğlu barədə məlumat yayıb.

Unikal.org xəbər verir ki, 1 sentyabr 1993-cü ildə Beyləqan rayonunun Əhmədli kəndində doğulan Fərid Vəliyev 2020-ci il noyabrın 7-də də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.