Vətən Müharibəsində qəhrəmancasına döyüşərək şəhid olanlardan biri də Abdullayev Həsən Aydın oğludur.

Unikal.org əməkdaşı əslən Kəlbəcər rayonunda doğulan şəhid XTQ-nin ailəsinə baş çəkib.

Qeyd edək ki, şəhid  Həsən Abdullayev 1990-cı ildə Kəlbəcər rayon Zivel kəndində dünyaya gəlib. 1993-cü ildə mənfur düşmənin işğalı nəticəsində ailəsi ilə birlikdə İsmayıllı rayon Quşencə kəndində məskunlaşmışlar. Həsən 2009-cu ilin aprel ayında həqiqi hərbi xidmətə yollanıb və xidmətini MN Quru Qoşunlarının Zirehli Texnikalar bölüyündə davam etdirib. O, 2010-cu il oktyabrda ehtiyata buraxılıb. 
Həsən bir müddət mülki işlərdə işləsə də, sonradan hərbi xidmətə yollanıb. O, 2-ci Qarabağ Müharibəsindən bir müddət əvvəl Xüsusi Təyinatlı Qüvvələrə ezam olunub. Sentyabrın 27-dən etibarən döyüşlərdə iştirak edib və Murovdağın işğaldan azad edilməsində iştirak edib. Oktyabr ayının 1-də Kəlbəcər isdiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 

İsmayıllı rayonunun Quşencə kəndində torpağa tapşırılan şəhidimiz subay idi. O, Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən Uğrunda" və "Kəlbəcərin Azad Olunmasına"görə medalları ilə təltif olunmuşdur.

VİDEO: Müzəffər İsmayılov