“Sədərək”də üsyan oldu
13:35 18-01-2013
İQTİSADİYYAT
“Sədərək”də üsyan oldu
Sahibkarlar ayağa qalxdı,bazar rəhbərliyi söz verdi
"Sədərək bazarı"nda sahibkarların etiraz aksiyası başlayıb. Bu barədə sahibkarlar məlumat veriblər.
Onların sözlərinə görə, mağaza sahiblərinin kassa aparatlarından istifadəyə məcbur edilməsi etirazlara səbəb olub. Bazardakı mağazalardan heç biri açılmayıb, sahibkarların hamısı bazarın qarşısına toplaşıblar. Sahibkarlar magistral yolu bağlamağa cəhd edirlər. Hələlik bazarın mühafizə xidməti buna mane olur.
Qeyd edək ki, "Sədərək bazarı"nda kassa aparatları ilə bağlı mübahisələr bir neçə aydır davam edir. Bazar rəhbərliyi kassa aparatlarından istifadə etməyən mağaza sahiblərini 400 manat cərimə edir. Sahibkarlar iddia edirlər ki, topdansatış məntəqələrində kassa aparatlarından istifadə olunmur və belə qaydanı yalnız "Sədərək bazarı"nın rəhbərliyi tətbiq edir. Onların sözlərinə görə, bazar rəhbərliyi sahibkarlardan müxtəlif adlarla pul yığır.
Bunu da qeyd edək ki, “Sədərək” Ticarət Mərkəzində bu birinci dəfə baş vermir. Hazırda mərkəzin şirniyyat və paltar sektorunda çalışan sahibkarlar ayağa qalxıb və onların qarşısına bazarın sahibi Yusf Qədimbəylinin qardaşı çıxaraq sakitlik yaratmağa çalışıb. Aydın olub ki, vergiləri vaxtlı-vaxtında ödəyən sahibkarlardan əlavə vergi pulları tələb olunub. Ticarət mərkəzində çalışan sahibkarların “Unikal”a verdiyi məlumata görə ən azı ildə 3-4 dəfə mərkəzin sahibi Yusif Qədimbəyli sahibkarları çıxılmaz duruma salır və lazım olandan artıq həddə pul alır. Bildirilir ki, Yusif Qədimbəyli heç bir qanunu-qaydanı qəbul etmir və istədiyi şəkildə , istədiyi qanunsuzluqları həyata keçirir. Mənbənin sözlərinə görə sahibkarların etirazları güclənəndə isə o müxtəlif dövlət qurumlarının adından istifadə edir. Sahibkarlar bildirir ki, indiyə qədər bəlkədə ildə iki dəfə elə Vergilər Nazirliyinin adından istifadə edərək qanunsuz pullar yığılır,verilən pulun müqabilində çek tələb etdikdə isə həmin sahibkarı sözün həqiqi mənasında mat duruma salır. Son hadisəyə gəldikdə isə sahibkarlar bildirir ki, bu məsələdə artıq başqa maraqlarda ortaya çıxır. Bildirilir ki, bu dəfə Yusif Qədimbəyli bu prosesi süni şəkildə qabardaraq gündəmə gətirib. Belə ki, o sahibkarları elə duruma salır ki, artıq buna etiraz olaraq ya əsas magistral yolun kəsilməsi, ya da Prezidentin iqamətgahı qarşısında aksiya keçirtmək söhbətləri gedir. Qeyd olunur ki, Yusf Qədimbəylinin də istəyi budur ki, sahibkarları kütləvi iğtişaşa cəlb etməklə dövlətdən müəyyən güzəştlər əldə etmək istəyir. Bunu da xatırladaq ki, qarşıdan prezident seçkiləri gəlir və bu cür narazılıqların total şəkil alması yuxarı dairələrin marağına cavab vermir. Yerli sahibkarlar bildirir ki, mərkəzin sahibi Yusif Qədimbəyli hər seçki öncəsi sahibkarlara bu zülmü verdirir və sonra bundan öz məqsədləri üçün istifadə edir. “Sədərək”də çalışan sahibkarlar “Unikal”a başqa maraqlı bir faktda bildirdi. Onların sözlərinə görə Yusf Qədimbəyli hər dəfə sahibkarlara belə zülmlər yaşadaraq onların mərkəzdən getmələrinə şərait yaradır. Belə ki, müxtəlif bəhanələrlə pul yığmalarından bezən sahibkarlar sonda mağazalarını satmaq məcburiyyətində qalırlar. Bu zaman Yusf Qədimbəyliyə yaxın şəxslər ucuz qiymətə mağazanı alır və sonra baha qiymətə başqa sahibkarlara satırlar. Buna görə də “Sədərək” ticarət mərkəzində demək olar ki, sahibkarlar az qala hər il dəyişir. Yəni sistemli şəkildə insanların işləməsinə əngəllər törədilir. Belə ki, bir sıra ticarət mərkəzləri sıradan çıxandan sonra sahibkarlar yeni fəaliyyət yeri axtarmağa başladılar və gözlənilmədən “Sədərək” Ticarət Mərkəzinə ehtiyac artdı. Belə olan halda isə süni rəqabət yaranıb və Yusif Qədimbəyli sahibkarların qəniminə çevrilməyə başlayıb. Sahibkarlar sonda bunu da bildirdilər ki, novruz bayramı qabağı yenə də səbəbsiz yerə pul yığmalarının başlanması haqqında artıq indidən söhbətlər başlayıb. Amma bu dəfə sahibkarlar məsələni bu şəkildə saxlamaq niyyətində deyillər və çox ehtimal ki, kütləvi şəkildə etiraz aksiyalarına başlayacaqlar.
İlkin Rzazadə
Digər Xəbərlər
2024-11-27 12:57:54
2024-11-27 12:53:29
2024-11-27 12:39:39
2024-11-27 12:38:08
2024-11-27 12:26:45
2024-11-27 12:11:51
2024-11-27 12:06:18
2024-11-27 11:49:33
2024-11-27 11:02:43
2024-11-27 10:34:49
2024-11-27 10:03:36
2024-11-27 09:29:02
2024-11-27 09:23:00
2024-11-27 09:15:47
2024-11-27 09:11:06
2024-11-26 17:09:25
2024-11-26 17:07:06
2024-11-26 16:40:34