Daxili İşlər Nazirliyində daha bir kadr təyinatı həyata keçirilib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, nazir Vilayət Eyvazovun əmri ilə Masallı rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Habil Əmiraslanov vəzifəsindən azad edilib.
Nazirin digər əmri ilə H.Əmiraslanov Tovuz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.
Qeyd edək ki, bir müddət öncə Tovuz RPŞ rəisi Şirzad Əsgərov təqaüdə göndərilib.