Təhsil Nazirliyi şagirdlərinin tibbi baxışdan keçməsi üçün poliklinkalara getməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Unikal.org xəbər verir ki. nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, sosial mediada məktəb şagirdlərinin tibbi baxışdan keçməsi üçün ərazidə yerləşən poliklinkalara getməsi ilə bağlı yayılan səs yazıları heç bir həqiqəti əks etdirmir.