AMEA-nın müxbir üzvü Əlövsət Quliyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevi məhkəməyə verib.
Unikal.org-un əldə etdiyi məlumata görə, buna səbəb Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Ə.Quliyevin bülletendə olduğu müddətdə onun R.Mehdiyev tərəfindən işdən çıxarılması olub. Onun yerinə keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri, akademik Qərib Məmmədov təyin olunub.
Bundan sonra Ə.Quliyev işə bərpa olunması üçün Yasamal rayon məhkəməsinə müraciət edib. Məhkəmə prosesi davam edir.
Orxan Həsənli