Çiçəklənən Ermənistan Partiyasının sədri, parlamentdə “Sarukyan fraksiyası”nın rəhbəri, milyonçu deputat Qaqik Sarukyan Moskvaya səfər edəcək.
Unikal.org xəbər verir ki, məlumatı “Qraparak” yayıb.
Qəzetin yazdığına görə, müxalifət partiyaların liderləri arasında hələ də görüş baş tutmayıb: “Onlar bunun üçün Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın Moskvadan qayıdacağını gözləyirdi. İndi bu görüş yenə ləngiyəcək. Bu dəfə də Sarukyanın Rusiyadan qayıdacağını gözləyəcəklər. Müaxlifət liderlərinin görüşündən sonra fevralın 20-də mitinq keçiriləcək. Həmin aksiyada Sarukyanın da iştirakı gözlənilir”.