Kamil Şahverdiyev “Space” TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edəcək.

Unikal.org xəbər verir ki, K. Şahverdiyev apa-ya açıqlamasında televiziyanın rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs təyin olunduğunu bildirib.

***

11:35

Space TV-yə yeni rəhbər təyin olunub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, Kamil Şahverdiyev kanalın yeni rəhbəri təyin edilib.

Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir, “Space” TV-də çalışır.

Xatırladaq ki, K.Şahverdiyev Space” TV-nin İcraçı direktoru olub. O, görkəmli sənətkar Rəşid Behbudovun kürəkəni və Rəşid Behbudov Fondunun diektorudur.

Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl “Space” TV-nin rəhbəri vəzifəsindən azad edilib.