Fevralın 15-də xarici işlər naziri Ceyhun Bayramovun Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Örl Litzenberqer ilə görüşü keçirilib.
Xarici İşlər Nazirliyindən Unikal.org-a bildirilib ki, görüşdə tərəflər bölgədəki cari vəziyyəti, o cümlədən üçtərəfli bəyanatın icrası ilə bağlı məsələləri müzakirə ediblər.
İkitərəfli əməkdaşlıq gündəliyi üzrə ətraflı fikir mübadiləsi aparılıb, Azərbaycan-ABŞ münasibətlərinin daha da irəlilədilməsi məsələsi müzakirə olunub.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.