Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 110 milyon 35 min 633 nəfərə çatıb.

Unikal.org  xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 429 min 811 nəfərdir. İndiyədək 84 milyon 851 min 754 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.Son günlər dünya ölkələri üzrə yoluxma halları kəskin artmaqdadır.