Tanınmış Türk şairi və yazıçı Necdet Rüştü Efenin qızı Şirin Nisan Dengiz, atasının "Batan Gün Kana Benziyor" parçasının İbrahim Tatlıses tərəfindən "Yağmurla Gelen Kadın" albomunda icazəsiz istifadə edilməsi iddiası ilə çıxış edib.
Unikal.org xəbər verir ki, Şirin Nisan Dengiz, Tatlısəsə 21 min TL'lik ( 5 min manat) təzminat davası açıb.
Şirin Nisan Dengiz, İstanbul Fikri və Sinai Haqlar Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək: "İbrahim Tatlısəs və İdobay Müzik əsərin mirasçısına xəbər etmədən əsəri icazəsiz istifadə edib. Əsər Tatlısəs və İdobay Müzik tərəfindən "YouTube"da icazəsiz olaraq istifadə edilməyə davam edir".