Türkiyəli məşhur aktyor Can Yaman yenidən gündəmi zəbt edib.
Unikal.org xəbər verir ki, bir neçə gün əvvəl sevgilisi Diletta Leottaya evlilik təklifi edən Canın sevgilisinə aldığı bahalı üzük müzakirələrə səbəb olub. "Tiffany Co" markasına məxsus ziynət əşyasının qiyməti 28 min dollardır (47 min 600 manat).
Bu günə qədər Dilettaya bir çox sürprizlər edən Yamanın bunun üçün xeyli pul xərclədiyi bildirilib.
Cütlüyün qısa müddət ərzində nikah masasına əyləşəcəyi deyilir. Onların toy mərasimi İtaliyanın Sicilya adasında reallaşacaq. Dəbdəbəli toy Yamana 722 min dollara (1 milyon 228 min manat) başa gələcək.