Ankarada rəsmi səfərdə olan Azərbaycanın Baş naziri Əli Əsədovla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

Unikal.org xəbər verir ki, tərəflər Türkiyənin Prezident Sarayında bir araya gəliblər.

Hazırda görüş davam edir.

***

14:40

Azərbaycanın Baş naziri Əli Əsədovun Türkiyəyə səfəri başlayıb.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay “Twitter”də bildirib.

O, Ə. Əsədov və onun rəhbərlik etdiyi nümayəndə heyətini bu gün Ankarada qarşıladıqlarını qeyd edib.