"O filmi çəkən insan çağırdığı aktyorun səviyyəsində rejissordur. Azərlə işləmək ona sərf etməz. İndi özü yazır, özü çəkir, özü də çəkilir. Bu gün Azərbaycanda rejissor aclığı var".
Unikal.org xəbər verir ki, bu sözləri aktyor-aparıcı Azər Axşam "Xəbər-ətər" proqramında deyib. Sənətçi rejissorlardan gileylənib:
"Heç kim demir ki, bu aktyoru başqa səpkidə tanıdım. Demirlər ki, bu mənim rejissor fəaliyyətimdə önəmli addım olsun. Hamı Azəri komediya ustası kimi tanıyır. İstedadlı insan istedadı oland eyil. İstedadı görüb onu üzə çıxarandı. Aktyor xam materialdır. İstəyərdim ki, oxuduğum dram fakültəsinə uyğun oynayım. Heç bir rejissor məni dram üçün çağırmayıb. Rejissorlar öz sənətində bunu etməlidir: baxın, Azəri heç kimin tanımadığı tərəfdən tanıtdım. Nə vaxt ki, televiziyalar internetdən bəhrələnməyi dayandıracaq, inkişaf onda olacaq. Yaxşı olar ki, internet televiziyalardan bəhrələnsin. Daha çox televiziya internetdə yaxşı baxış toplayana qaçır. İnternetdə 16 milyon baxışı olanı televiziya məşhur edir".