Ermənistan insan haqları müvəkkili, ombudsman Arman Tatoyan Paşinyan hakimiyyəti tərəfindən irəli sürülmüş qanun layihəsini tənqid edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, sözügedən qanun layihəsi dövlət vəzifəsi tutan şəxslərə qarşı böhtan atılması, şərəf və ləyaqətin alçaldılması və işgüzar nüfuza xələl gətirilməsinə görə cəza tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutur.

Ombudsman bu layihəyə qarşı çıxdığını bəyan edib. A.Tatoyan qeyd edib ki, qanun qüvvəyə minərsə, bu, ölkədə insan hüquqlarının, söz və ifadə azadlığının məhdudlaşdırılması demək olacaq. Onun sözlərinə görə, burada məqsəd siyasidir və bununla hakimiyyət təmsilçilərinə yönəldilmiş istənilən tənqid böhtan, şərəf və ləyaqətin alçaldılması kimi qələmə verilərək müxaliflərin cəzalandırılmasına rəvac vermiş olacaq.

Qanun layihəsi hələlik Ermənistan partlamentində müzakirə mərhələsindədir.