Mərakeş sahillərində Afrikadan Avropaya keçmək istəyən qaçqınlar saxlanılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeşin şimalındakı Huseyma şəhəri sahillərində qayıqla Avropaya keçmək istəyən 59 qaçqın sahilə çıxarılıb.
Onlardan 7-si uşaq olub. Qaçqınların Qərbi Səhranın cənubundan gəldikləri məlum olub. Vəziyyəti ağır olan bir neçə qaçqın xəstəxanaya yerləşdirilib. Daha sonra hüquqi tədbirlər görüləcəyi gözlənilir.