"Facebook" sosial şəbəkəsi siyasi reklamların yerləşdirilməsini məhdudlaşdıran filtrlərə görə, vaksinin faydaları barədə elanları bloklamağa başlayıb.
Unikal.org xəbər verir ki, sosial şəbəkə artıq 110 qrupdan pullu reklam mesajlarını silib.
Silinən postlarda peyvəndin işləmə mexanizmləri ilə yanaşı, peyvənd yerləri haqqında da danışılır. Burada həm Amerika, həm də Avropa təşkilatları tərəfindən hazırlanan reklamlar nəzərdə tutulur. Şirkət artıq bu reklam yazılarının bloklandığını etiraf edərək, onlardan bir neçəsinə girişini də bərpa edib.
Qeyd edək ki, ötən ilin dekabr ayında Feysbuk və İnstaqramın COVID-19 peyvəndləri ilə bağlı səhv məlumatları siləcəyi bildirilmişdi.