23 fevral Rusiyanın paytaxtı Moskvada qışın ən soyuq gecəsi olub.
Unikal.org xəbər verir ki, bu barədə “Meteonosti” saytı məlumat yayıb.
Havanın temperaturu -24° C-dən aşağı düşüb. Səhər saat 07:00-da temperatur -24.1° C-yə enib.
Bu, o deməkdir ki, keçən gecə paytaxtda qışın ən soyuq günü olub. Məlumata görə, bundan əvvəl 18 yanvarda -23.6 ° С soyuq qeydə alınıb.