Ermənistanda polis və təhlükəsizlik qüvvələri hökumət binasını nəzarətə götürüb.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, səbəb müxalifətin İrəvanda yerli vaxtla 11:00-a hökumət binası qarşısına aksiya təyin etməsidir.

Həmçinin hökumət binasının üzərində snayperlər görülüb. Müxalifətin binaya hücum edəcəyi barədə məlumatların yayıldığı bildirilir. Aksiyaya polis müdaxiləsi gözlənilir.