Xəbər verdiyimiz kimi, Ermənistanda hökumət binasının qarşısında müxalifətin genişmiqyaslı aksiyası keçirilib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, uzun müddət davam edən aksiyalar zamanı hökumət binasında olan Ermənistan baş naziri Nikol Paşinyan aksiyanın bitməsini gözləmədən mühasirəni yararaq ərazini tərk etməyə məcbur olub.
Mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə binadan çıxan Paşinyan etirazçıların "Nikol, sən satqınsan!" şüarları ilə qarşılaşıb. O, şüarlara və təhqirlərə reaksiya vermədən oradan uzaqlaşıb.
Aksiyaçıların həbsi prosesi davam edir. Ermənistan Polisi saxlanılanların sayının 57 nəfərə çatdığını etiraf edib.