İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif İran parlamentini tənqid edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İran parlamentində İranın Beynəlxalq Atom Enerjisi Agentliyi ilə razılaşmasına qarşı çıxan deputatlar Zərifin ünvanına tənqidlər səsləndiriblər.

Bundan hiddətlənən XİN başçısı isə parlament üzvlərini tənqid etməyə başlayıb.

"Onlar Təhlükəsizlik Şurasının kağızlarını görsəydilər, belə danışmazdılar", - deyə Zərif bəyan edib.