Venesuela Prezidenti Nikolas Maduro istefadan sonra avtobus sürücüsü olaraq işə qayıtmağı planlaşdırdığını söyləyib.
Unikal.org xəbər verir ki, o, bu açıqlamanı nəqliyyat sahəsinin işçiləri ilə görüşündə verib.
“Ümid edirəm ki, bir gün respublika prezidenti kimi işimi tərk edəndə başımı qaldırıb forma geyinərək bu anbarlara qayıda bilərəm, avtobusa minib Venesuela xalqına xidmət etmək üçün bir işçi kimi küçələrə çıxa bilərəm”, – prezident deyib.
Maduro gənclik illərində solçu təşkilatların üzvü olub, tətil təşkil etdiyi üçün məktəbdən qovulub. Bundan əlavə, Karakas Metro İşçiləri Həmkarlar İttifaqının üzvü olub və avtobus sürücüsü işləyib.
Maduro 2013-ci ilin aprel ayından Venesuelanın prezidentidir.