"Twitter" sosial şəbəkəsi Rusiya, Ermənistan və İranla əlaqəli 373 hesabı manipulyasiya siyasətinin pozulması səbəbindən bloklayıb.
Unikal.org xəbər verir ki, Rusiya ilə bağlı 100, İranla əlaqəli 238 hesab bağlanıb.
Bundan əlavə, ermənilərin Azərbaycana qarşı yaratdıqları 35 hesabın bloklanmasına qərar verilib.