Ermənistanın baş naziri Nikol Paşinyan sabiq prezident Serj Sarkisyanın ikinci Qarabağ müharibəsində Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə edilməməsi barədə ittihamlarına cavab verib.
Unikal.org xəbər verir ki, Paşinyan bu məsələyə "1in.am" saytına müsahibəsində aydınlıq gətirib.
Sensasion açıqlama verən Paşinyan Ermənistanın Azərbaycana qarşı "İskəndər" əməliyyat-taktiki raket sistemindən istifadə etdiyini, lakin raketlərin partlamadığını bildirib.
“Qoy sual verilsin ki, "İskəndər" raketi niyə partlamayıb? Və ya niyə 10% partlayıb?", - deyə Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu açıqlaması ilə Rusiyadan alınan silah və hərbi texnikaların yararsız olmasına işarə edib.