Türkiyədə zəlzələ hadisəsi baş verib.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, təbiət hadisəsi Muğlanın Datça ilçəsində meydana gəlib. Rixter şkalası ilə 3.6 balla qiymətləndirilən yer silkələnməsi yerli vaxtla 7:15-də qeydə alınıb.
Zəlzələnin ocağı yerin 13 kilometr dərinliyində yerləşib. Dağıntı və itki olmayıb.