Türkiyənin Qaziantep ərazisində yaşayan Mehmet Bozkurt 21 ildir təbiətdən əqrəb toplayır.
Unikal.org xəbər verir ki, o, topladığı əqrəblərin zəhərini əldə edərək, onlardan antidot kimi istifadə edir. Belə ki, Mehmet 21 ildir ki, ailəsini hazırladığı antidotları sataraq dolandırır.
Bununla bağlı türk mediasına açıqlama verən, Mehmet Bozkurt əqrəb zəhərini əldə etdikdən sonra ona süd və zeytun yağı qarışdırdığını bildirib. Bu məhsulun əlverişli olması üçün 1 il vaxt lazım olduğunu vurğulayan Mehmet, ilk təcrübəsini arvadının üzərində sınayıb. Nəticəsi müsbət olduqdan sonra o məşğuliyyətini peşəyə çevirib.
O, həmçinin də, əqrəb sancmalarının qarşısını tez zamanda alan məhsulun qiymətinin baha olduğunu açıqlayıb.