Ermənistanın əsas ali təhsil müəssiəsi olan İrəvan Dövlət Universitetində iğtişaşlar başlayıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, gənclər universitetin binasını ələ keçirib.
Etirazçılar binanın dəhlizlərində gəzərək digər tələbələri və akademik heyəti onlara qoşulmağa çağırırlar. "Nikolsuz Ermənistan", "Paşinyan, rədd ol" şüarları səsləndirilir. Əraziyə təhlükəsizlik qüvvələrinin yeridildiyi bildirilir.